Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Putin və Medvedyev Mehriban Əliyevanı təbrik etdi

 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Yenixeber.org: Məktubun mətnini təqdim edirik:

“Hörmətli Mehriban Arif qızı.

Beynəlxalq Qadınlar Günü münasibətilə Sizi təbrik edirəm.

Səmimi qəlbdən arzu edirəm ki, bu əlamətdar bayram Sizi qarşıdan gələn baharın hərarəti, yaxınlarınızın və dostlarınızın diqqəti və qayğısı ilə sevindirsin.

Sizə həyat yolunuzda daim uğurlar və nailiyyətlər, evinizdə sevgi və firavanlıq ab-havası diləyirəm. Möhkəm cansağlığı və ən xoş arzularımı qəbul edin”.

***

Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli Mehriban Arif qızı.

8 Mart münasibətilə səmimi təbriklərimi qəbul edin.

Qadınlar bizim dünyamızı daha parlaq, daha gözəl, daha xeyirxah edirlər. Onlar ailə ocağını qayğı ilə qoruyur, evdə rahatlıq və səliqə yaradırlar. Ən başlıcası, onlar doğmalarına və yaxınlarına həmişə öz qəlblərinin hərarətini bəxş edir, onları qayğı və diqqətlə əhatə edirlər.

Qoy bu gözəl bayram əhval-ruhiyyəsi uzun müddət Sizi tərk etməsin.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq diləyir, ən xoş arzularımı bildirirəm”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam