Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Tramp bu qərara veto qoydu

 

Tramp Konqressin qərarına veto qoydu
ABŞ prezidenti Donald Tramp Meksika ilə cənub sərhəddində fövqəladə vəziyyət rejiminin tətbiqi ilə bağlı verdiyi fərmanın ləğvinə dair Konqressin qəbul etdiyi qətnaməyə veto qoyub.
Yenixeber.org: "BBC” xəbər verir ki, bu, Trampın prezidentliyi dövründə Konqressə tətbiq etdiyi ilk vetodur. 

“Bir prezident kimi, mənim ən yüksək vəzifəm xalqın müdafiəsidir. Konqressin qətnamə qəbul etmək hüququ var, mənim borcum isə ona veto qoymaqdır” – Tramp qərarını şərh edərkən deyib. 

İndi Trampın vetosunu ləğv etmək üçün Konqressin hər iki palatasının – Senatın və Nümayəndələr Platasının 2/3 səs çoxluğu lazımdır. Lakin ekspertlərə görə, çətin ki demokratlar və respublikaçılar bu məsələdə tam razılığa gəlsinlər. 

Qeyd edək ki, Konqress cənub sərhədlərində fövqəladə vəziyyət rejiminin tətbiqi ilə bağlı prezident fərmanının ləğvi barədə qətnaməni 14 fevralda qəbul edib. Tramp həmin fərmanla Meksika ilə sərhəddə divarın tikilməsi üçün büdcədən daha çox vəsait almaq niyyətindədir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam