Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

İlham Əliyev bp-nin icraçı direktoru ilə görüşdü

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün bp şirkətinin icraçı direktoru Robert Dadlini qəbul edib. 

"Xeberinfo.com":  Görüşdə Azərbaycan ilə bp şirkəti arasında əməkdaşlığın uğurla həyata keçirildiyi vurğulandı, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında işlərin icrasından məmnunluq ifadə olundu, bu ilin sentyabrında “Cənub” qaz dəhlizinin təməli qoyulduqdan sonra layihə üzrə işlərin müvəffəqiyyətlə aparıldığı bildirildi. Əminliklə qeyd olundu ki, Respublikası Dövlət Neft Şirkəti ilə bp arasında bu layihə ilə bağlı əməkdaşlıq uğurla davam etdiriləcək.

Prezident İlham Əliyev və icraçı direktor Robert Dadli Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bp arasında tərəfdaşlıq əlaqələrinə söykənən əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduqlarını bildirdilər.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam