Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

F-35 əfsanəsi bitdi –Rüsvay edən yoxlama

 

Belçika ordusunun ABŞ-dan sifariş etdiyi F-35 qırıcılarının qüsurlu olduğu ortaya çıxıb.

Yenixeber.org: Bu barədə Vaşinqtonda yerləşən POQO araşdırma qrupunun hesabatında deyilib.

Hazırlanan 14 səhifəlik hesabat artıq Pentaqona təhvil verilib. Hesabatda təyyarələrin döyüşə yararlı olmadığı, uçuş zamanı pilotları təhlükədə qoyacağı bildirilib.

İstismar standartlarına uyğun olmayan təyyərələr, həmçinin, dözümlülük testlərindən də keçə bilməyib. Araşdırma təyyarələrdə çatların meydana gəldiyini göstərib.

“Lokid Martin” şirkəti hər bir təyyarə üçün 8 min uçuş saatı ömür təyin etsə də, hesabatda bunun mümkünsüz olduğu qeyd edilib. Araşdırma həmçinin F-35-lərin kompüter sisteminin də asanlıqla kiber hücuma məruz qala biləcəyini təsdiqləyib.

Hesabatın diqqətçəkən məqamlarından biri də F-35 qırıcılarının döyüş hazırlığı testləri olub. Demək olar ki, istənilən bölgəsində problem aşkarlanan F-35-lərin raketləri hədəfə dəqiq zərbə endirə bilməyib. Hesabatda buraxılan raketlərin hədəfdən sağa sapdığı, bunun isə döyüş meydanında müttəfiq qüvvələri vurmaq riskinə gətirib çıxardığı qeyd edilib.

Qeyd edək ki, Belçika 2025-ci ilə qədər 34 ədəd F-35 qırıcısı almağı planlaşdırır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam