Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qazaxıstanda erkən seçkilərin vaxtı məlum oldu

 

Qazaxıstanda erkən seçkilərin vaxtı açıqlandı
Qazaxıstanda erkən prezident seçkiləri iyunun 9-da keçiriləcək. 
Yenixeber.org: Bunu Qazaxıstanın prezident səlahiyyətlərinin icraçısı Kasım-Jomart Tokaev televiziya vasitəsilə xalqa video-müraciətində bəyan edib. 

“Erkən seçkilərin 9 iyunda keçirilməsi barədə qərar qəbul etdim” – Tokaev bildirib. 

Tokaev onu da əlavə edib ki, növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair qərarını Qazaxıstan xalqının lideri Nursultan Nazarbayevlə müzakirə edib. 

Qeyd edək ki, 1990-cı ildən Qazaxıstana rəhbərlik edən Nursultan Nazarbayev 19 martda prezident postundan istefa verib. O, 2015-ci ildə 97,75% səslə növbəti dəfə 5 il müddətinə ölkə prezidenti seçilmişdi. Qazaxıstan konstitusiyasına əsasən, prezident vaxtından əvvəl istefaya verdikdə, yaxud vəzifəsindən kənarlaşdırıldıqda və ya öldükdə, yeni seçkilər keçirilənədək onun səlahiyyətlərini parlamentin yuxarı palatası olan Senatın sədri icra edir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam