Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Avropada müsəlmanlara qarşı daha bir təxribat -"Qurani-Kərim"i...

 

Avropada müsəlmanlara qarşı daha bir təxribat - "Qurani-Kərim"i...

Danimarkada müsəlmanlara qarşı dini zəminli təxribat törədilib.

Yenixeber.org: Stram Kurs (Kəskin Sağ) partiyasının lideri Rasmus Paludan paytaxtın müsəlmanların kompakt yaşadığı məhəlləsində İslam dininin müqəddəs kitabı “Qurani-Kərim”i göyə tullayıb.

Polisin təhlükəsizlik tədbirləri altında aksiya keçirən Paludanın bu hərəkətindən sonra həmin məkanda qarşıdurma yaranıb. Əksəriyyəti gənclərdən ibarət olan aksiyaçlılar polisə daş atıb, zibil qutularını yandırıblar. Polis isə kütləni dağıtmaq üçün bibər qazından istifadə edib.

Paludan bölgədən polis nəzarəti altında uzaqlaşdırılıb.

Qeyd edək ki, Rasmus Paludan daha əvvəl Danimarka Parlamentinin qarşısında qılınan cümə namazını protest etmiş və “Qurani-Kərim” kitabını yandırmışdı.

Xatırladaq ki, daha öncə Yeni Zelandiyada müsəlmanlara qarşı qətliam törədilmişdi. İki məscidə silahlı hücum nəticəsində 50 nəfər ölmüşdü.(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam