Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Kanada Venesuelaya qarşı sanksiyaları genişləndirdi

 

Kanada hökuməti Venesuelanın daha 43 vətəndaşına qarşı sanksiya tətbiq edib.

Yenixeber.org: “Reuters” xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Kristia Frilandın rəsmi bəyanatında deyilir.

O, konkret adlar göstərməsə də, məhdudlaşdırıcı tədbirlərin Maduro rejiminin ali rütbəli rəsmilərinə, bölgə qubernatorlarına, demokratik təsisatların sarsıdılması istiqamətində tədbirlərdə bilavasitə əli olanlar”a qarşı yönəldiyini vurğulayıb.

“Maduro diktaturası hazırkı böhran üçün, venesuelalıların təməl hüquq və ehtiyaclardan məhrum olunması üçün hesabat verməlidir. Kanada Venesueladakı Konstitusiya demokratiyasının dinc bərpasına dəstək verir”, - bəyanatda qeyd olunur.

Bu gün kanadalı nazirin həmçinin Venesuela müxalifətinin lideri Xuan Quaidonu dəstəkləyən Lima Qrupu ölkələrinin Çilinin paytaxtı Santiyaqodakı toplantısında iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Kanada bundan əvvəl Venesuelanın 70 vətəndaşına sanksiya tətbiq etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam