Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ankara və İstanbulu “S-400”lər qoruyacaq

 

Ankara və İstanbulu “S-400”lər qoruyacaq
Bu ilin iyulunda tədarük edilməsi planlaşdırılan Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemləri Türkiyənin əsas strateji şəhərlərinin müdafiəsi üçün istifadə olunacaq. 

Yenixeber.org: Bu barədə Vaşinkqtonda səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamsında bəyan edib.
““S-400”lər hələ gəlməyib, amma yaxın zamanda gələcək. Bu sistemlər Türkiyəyə gətirildikdə nə edəcəyik? Hara yerləşdirəcəyik? Bu, Ankara, İstanbul və yaxud da hansısa sənaye bölgəsi ola bilər. Raket və təyyarə təhdidinə qarşı hansı ərazilərimizin daha həssas olması məsələsi üzərində çalışırıq. Çox ehtimal ki, “S-400”lərin vəzifəsi Ankara və İstanbulun müdafiəsi olacaq”, – deyə Akar vurğulayıb. 



Nazir onu da bildirib ki, Türkiyə ilə dialoqda təhdid və ultimatum dilindən istifadə qəbuledilməzdir. Bununla belə, Akarın sözlərinə görə, əgər ABŞ “S-400” sistemlərinin NATOümumi müdafiəsinə və “F-35” qırıcı təyyarələrinə qarşı təhdid yaratdığını sübut edə bilərsə, onda Ankara Rusiyadan alacağı “S-400”lərin texniki parametrlərində korrektələr edə bilər: “Lakin “S-400”lərlə bağlı müqavilə və Türkiyənin beşinci nəsil “F-35” təyyarələrinin istehsalı proqramında iştirakı bir-biri ilə əlaqəsi olmayan məsələlərdir”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam