Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Lənkəranda təbii fəlakət –Fotolar

 

Lənkəranda təbii fəlakət – Fotolar

Lənkəran rayonunda torpaq sürüşməsi baş verib.

Yenixeber.org: Son günlərdə leysan yağışları nəticəsində 22 km-lik Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun son 6 kilometrində, xüsusilə Xanbulan, Daşdatük və Biləsər kəndlərinə aparan yolda uçqunlar olub.

Yolboyu bir neçə yerdə torpaq sürüşmələri və çökmələr səbəbindən asfalt qatı dağılıb. Yolun bir hissəsinin çökməsi ilə 1,5 metr enində və 10-15 metr uzunluğunda yarğanlar yaranıb. Yolun yuxarı hissəsindən torpaq kütləsi aşağı doğru sürüşərək qoruyucu baryerləri sıradan çıxarıb. Yol yatağında da çökmələr var. 

Bundan başqa, dağ massivindən aşağı axan sel suları, əsasən, yolun su ötürücülərinin keçdiyi hissədə dağıntılar yaradıb. 

Artıq yolun bərpası istiqamətində tədbirlərin görülməsi məqsədilə texnikalar əraziyə gətirilib. Uçqunların olduğu yerlərdə xəbərdarlıq işarələri qoyulub. Təmir-bərpa işləri hava şəraiti sabitləşəndən sonra aparılacaq.(report)

 

 

Lənkəranda təbii fəlakət – Fotolar

 

Lənkəranda təbii fəlakət – Fotolar

 

Lənkəranda təbii fəlakət – Fotolar

Paylaş: 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam