Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Təhsil nazirinin çıxışı“China Daily” qəzetində

Təhsil naziri Ceyhun Bayramov Çin Xalq Respublikasında səfərdədir.

Yenixeber.org: Məlumata görə, Çinin ingilis dilində nəşr olunan nüfuzlu gündəlik “China Daily” qəzetində Azərbaycan Təhsil naziri Ceyhun Bayramovun səfər çərçivəsində “Bir Kəmər, Bir Yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakı ilə əlaqədar məlumat yayımlanıb.

Məlumatda Təhsil naziri Ceyhun Bayramovun ötən gün “Xalqlar arasında əlaqələr” adlı tematik forumda çıxış etdiyi vurğulanıb.

Bildirilib ki, forum çıxışçıları tərəfindən təhsil mövzusu geniş müzakirə edilib.  Azərbaycan Təhsil naziri Ceyhun Bayramov da öz çıxışında daha çox gənc mütəxəssislərin hazırlanması üçün Çin və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsini təklif edib.

Xatırladaq ki, səfər zamanı Təhsil naziri Ceyhun Bayramov Çinli həmkarı Chen Boasheng ilə görüşüb. Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.(Modern.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam