Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Diqlas”ın sökülməsiylə bağlı komissiya yaradılıb

diqlas

Bakıda yanan ticarət mərkəzinin sökülməsiylə bağlı müvafiq komissiya yaradılıb.

Yenixeber.org: Bu barədə sorğumuza cavab olaraq, Nizami rayon İcra hakimiyyəti başçısının I müavini İldırım Mehdiyev bildirib. O, qeyd edib ki, İqtisadiyyat Nazirliyinin nəzarəti ilə ticarət mərkəzindəki bütün mallar boşaldılıb: “Hal-hazırda söküntü işlərinin həyata keçirilməsinə heç bir maneə yoxdur. İşi yubadan yalnız sahibkarlarla söküntü işlərini həyata keçirən şirkət arasında sənədləşmə işləridir ki, bu işi də mütləq ixtisaslaşmış şirkətlər həyata keçirə bilər. İcra Hakimiyyəti olaraq isə qurumun üzərinə düşən məsuliyyət ərazidə təhlükəsizlik tədbirlərini görmək, sakinlərə narahatlıq yaratmadan ağır tonnajlı yük avtomobillərinin əraziyə rahat girib-çıxmasını təmin etməkdir”.

İ.Mehdiyev həmçinin qeyd edib ki, təhlükəsizlik qaydaları ilə bağlı artıq komissiya yaradılıb.

Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli “Diqlas” ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı vəfat edən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib. Yanğında 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb.(ona)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam