Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Zelenskidən Putinə cavab –“Ukrayna baş əyməyəcək”

zelenski

Donbasdakı problemlərin həlli üçün Rusiya ilə müzakirələrə hazıram.

Yenixeber.org: Bunu Ukraynanın yeni Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinin Donbasdakı vəziyyətlə bağlı söylədiklərinə cavab olaraq Feysbuk səhifəsində yazıb.

O, Ukrayna ilə təhdid və təzyiq dilində danışılmaması gərəkdiyini bildirib:

“Normandiya formatındakı müzakirədə Rusiyanın da gərginliyi azaltmağa hazır olduğunu göstərəcəyinə ümid edirəm. Öz tərəfimizdən Ukrayna ilə Rusiyanın birgə var olması üçün yeni şərtlərdən danışmağa hazırıq”.

Zelenski vəziyyətin həqiqi mənada normallaşmasının yalnız Donbas və Krımdakı işğalın sonlandırılması ilə baş tutacağını bildirib:

“Sözün həqiqi mənasında Ukrayna baş əyməyəcək!”

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Donbasdakı münaqişənin yalnız Minsk razılaşmalarının tamamilə yerinə yetirilməsindən sonra başa çata biləcəyini deyib.  (axar)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam