Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

ABŞ-ın nüvə arsenalının sayı bəlli oldu

ABŞ-ın nüvə arsenalının sayı açıqlanıb

ABŞ-ın hərbi arsenalında təxminən 3800 nüvə başlığı var ki, onun da 1750-si ballistik raketlərdə və strateji bombardmançı aviasiyalarda yerləşdirilib. Bunula yanaşı, 2050 nüvə başlığı zərruri hallar üçün hazırda ehtiyatda saxlanılır.

Yenixeber.org: “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə dərc olunmuş "The Bulletin of the Atomic Scientists" araşdırma materiallarında qeyd olunur.

Araşdırmaçıların qənaətinə görə, 1300 nüvə başlığı qitələrarası ballistik raketlərdə, 300-ü ABŞ hərbi bazalarına daşınması üçün strateji bombardmaçı təyyarələrdə, daha 150 nüvə başlığı isə Avropa ölkələrindəki bazalarda yerləşdirilib.

Eyni zamanda, təxminən 2400 nüvə başlığı istismar müddətinin bitməsi ilə əlaqədar hərbi məqsədlərdən kənarlaşdırılıb və 2030-cu ilə qədər utilizasiyası gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam