Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“SAZZ” a qarşı 40 milyon manatlıq məhkəmə iddiası qaldırılıb

 

“Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı “Azqtel” MMC-ni məhkəməyə verib.

Yenixeber.org: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Kredit Təşkilatı MMC-dən ümumilikdə 39 milyon 812 min 773 ABŞ dolları kredit üzrə borcunun tutulması barədə tələb irəli sürüb.

Həmçinin “Aqrarkredit” QSC məhkəməyə müraciətində göstərib ki, şirkətin borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqlarının qeydiyyatını xahiş edib.

Daha sonra iddiaçı Kredit Təşkilatının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin baxılmamış saxlanılması və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini istəyib.

Məhkəmə iddia ərizəsini baxılmamış saxlayıb.

Qeyd edək ki, "Azqtel" Azərbaycanda 4G Mobile WiMAX texnologiyası əsasında genişzolaqlı simsiz internet xidməti göstərən operatordur. 2005-ci ildə rəsmi qeydiyyatdan keçib və 2008-ci ildən etibarən "SAZZ" brendi adı altında bu xidməti göstərməyə başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam