Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Müdafiə Nazirliyinin- idarə rəisi Moskvada səfərdə olub

 

Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisi, general-mayor Ənvər Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskva şəhərində keçirilən “Beynəlxalq ordu oyunları - 2019” yarışlarının növbəti beynəlxalq konfransında iştirak edib.

Yenixeber.org: Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, tədbir zamanı yarışların şərtləri və qaydaları, hazırlıq işləri müzakirə olunub, eləcə də müsabiqənin təşkil olunacağı ərazilərə baxış keçirilib.

Hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Ordusunun nümayəndələrinin “Dəniz kuboku”, “Tank biatlonu”, “Artilleriya atəşi ustaları”, “Snayper həddi”, “Hərbi-tibbi estafet” və “Səhra mətbəxi” müsabiqələrində iştirakı planlaşdırılır.

“Beynəlxalq ordu oyunları - 2019” yarışlarının cari il avqustun 3-dən 17-dək keçirilməsi nəzərdə tutulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam