Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Bu ölkə yeni nüvə raketini sınaqdan keçirdi

 

“Pakistan “Şahin-2” adlı yer-yer ballistik nüvə başlığı raketdaşıyıcısını uğurla sınaqdan keçirib”.

Yenixeber.org: Bunu Pakistan Silahlı Qüvvələrinin sözçüsü, general-mayor Asif Qafur bildirib.

Sınaq Oman dənizində keçirilib. Bu raket 1500 km-dəki hədəfləri vurmaq imkanına malikdir.

“Şahin-2” Pakistanın ehtiyacı olan regional sabitlik üçün təminatçı gücə malikdir”, - general vurğulayıb.

Pakistanın Baş naziri İmran Xan sınağın uğurla həyata keçirilməsi münasibəti ilə mühəndisləri və hərbçiləri təbrik edib.

Yeri gəlmişkən, Pakistan ötən il və bu ilin əvvəlində uzun və orta mənzilli raketləri sınaqdan çıxarmışdı.

Xatırladaq ki, Pakistan 1998-ci il mayın 30-da Çaqay poliqonunda 12-18 kT gücündə nüvə qurğusunu sınaqdan keçirib. Həmin tarixdən Pakistan nüvə silahı olan dövlət sayılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam