Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Mehriban Əliyeva Rotşildlə görüşdü -Foto

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mayın 29-da “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüşüblər.

Yenixeber.org: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşildi Bakıda görməkdən məmnunluğunu bildirib.

Xatırladaq ki, bu ilin mart ayında Parisə səfəri çərçivəsində Mehriban Əliyeva David dö Rotşild ilə görüşü zamanı onu Bakıya dəvət etmişdi. Həmin səfər zamanı Azərbaycan Mərkəzi Bankı ilə “Rothschild Global Financial Advisory” şirkəti arasında strateji əməkdaşlıq haqqında saziş imzalanmışdı.

“Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild bu görüşdən şad olduğunu bildirərək, Rotşildlərin Azərbaycandakı fəaliyyətinin tarixi köklərinin olduğunu deyib.

Söhbət zamanı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

  •  

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam