Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Məşhur “vor-zakon” öldü - “Lotu Quli” hərəkətə keçir

 

Məşhur “vor-zakon” öldü -

Rusiyada azərbaycanlı avtoritet, Nadir Salifovun (Lotu Quli) rəsmi nümayəndəsi Vaqif Güləhməd oğlu Sultanov (Vaqif Kamışlovski adı ilə tanınan) 67 yaşında öldü. 

Yenixeber.org: Vaqif Kamışlovski Sverdlovsk vilayətinin şərqində uzun müddət oğru aləminin "nəzarətçi"si olub. Rusiya mətbuatı bildirir ki, mərhumun qohumları onun nəşini Azərbaycana gətirib və burada dəfn ediblər.

Mənbələrin bildirdiyinə görə, Vaqif Kamışlovskiy son zamanlar çox xəstə olub və heç kimi tanımırmış. Ancaq yaxınları və azərbaycanlı diasporası ümid edirlərmiş ki, o, bərpa olunacaq. Bu məqsədlə hətta onun xaricdə müalicəsi üçün pul yığıblar.

Qeyd olunur ki, “Kamışlovski”nin aktiv işlərdən uzaqlaşması kriminal aləmdəki vəziyyətə də təsir edibmiş. Hələ apreldə “hakimiyyət”in “Vorotnik”ə (Aleksandr Vorotnikov) təhvil verilməsinin planlaşdırıldığı oğru “sxodka”sı polislər tərəfindən dağıdılıb. Belə ki, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (OBOP) əməkdaşları güc tətbiq edərək görüşün qarşısını alıblar.

Mənbənin bildirdiyinə görə, “Vaqif Kamışlovski”nin yerinə keçə biləcək namizədlər arasında “Lotu Quli”, “Aqayar Aqayev”, “Qiya Akoyev” də var.(lent.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam