Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Si Cinpin Qırğızıstana və Tacikistana gedir

 

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dövlət başçıları şurasının Bişkekdə keçiriləcək 19-cu görüşündə iştirak etmək üçün Qırğızıstana, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Düşənbədə təşkil olunacaq 5-ci zirvə toplantısına qatılmaq üçün Tacikistana səfər edəcək.

Yenixeber.org: Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, ÇXR sədrinin iyunun 12-14-dək Qırğızıstan səfəri rəsmi xarakter daşıyacaq və dövlət başçıları səviyyəsində keçiriləcək görüşdə iki ölkə arasında münasibətlərə dair fikir mübadiləsi aparılacaq.

Si Cinpin iyunun 14-16-dək isə Tacikistanda rəsmi səfərdə olacaq.

AzərTAc xatırladır ki, hər iki təşkilatın sonuncu zirvə görüşləri Çində təşkil olunub. Ötən il iyunun 9-10-da ŞƏT-in zirvə görüşü Çindao şəhərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 4-cü zirvə toplantısı isə 2014-cü ilin 20-21 may tarixlərində Şanxayda keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam