Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Türkiyə parlamentinin vitse-spikeri:"Münaqişə Azərbaycanın ərazi bütövlüyü..."

“Türkiyə və Azərbaycan qardaş ölkədir. Azərbaycanın inkişafı bizi çox sevindirir”.

Yenixeber.org:  Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) vitse-spikeri Süreyya Sadi Bilgiç Bakıda keçirilən “Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması”nın təsis konfransında deyib.

TBMM-nin vitse-spikeri qeyd edib ki, heç bir dövlət dünyada baş verən proseslərdən kənarda qala bilməz: “Terrorla ciddi mübarizə aparmaq üçün ortaq mövqe olmalıdır. Bu sahədə iki və çoxtərəfli müzakirələr aparıla bilər. Avropada islamafobiya ortaya çıxır. Bu, narahatlıq doğurur. Ona görə də bu məsələ şiddətlənmədən qarşısı alınmalıdır. İnanıram ki, Bakı Parlament Platforması bu və ya digər məsələlərlə bağlı ciddi işlər görəcək”.

O bildirib ki,Dağlıq Qarabağ  münaqişəsində Türkiyə Azərbaycanı dəstəkləyir: “Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Türkiyə bu istiqamətdə atılan addımlarda Azərbaycanın yanındadır”./Report


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam