Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Gürcüstan prezidentinin sarayı qarşısında - “kartof aksiyası” keçirilib

Tbilisidə Gürcüstan prezidentinin sarayı qarşısında simvolik aksiya keçirilib.

Yenixeber.org: “Birlikdə evdə - Gürcüstanda” təşkilatının üzvləri sarayın qarşısına kartof kisələri gətiriblər.

Aksiya iştirakçıları prezident Salome Zurabişvilinin istefasını tələb ediblər.

Təşkilatın rəhbəri Salome Çelidze bildirib ki, kartof prezidentin hakimiyyətə gəlməsi ilə bağlıdır: “Bizdə hamı üçün havayı kartof var. Kartof simvolik olaraq paylanılacaq və bu, Salome Zurabişvili istefaya gedənə qədər davam edəcək”.

Qeyd edək ki, Gürcüstan müxalifəti ötən ilin noyabrında ölkədə keçirilən prezident seçkilərində hakim Gürcü Arzusu Partiyasını S.Zurabişvilinin xeyrinə seçicilərin səslərini kartof və soğanla satın almaqda ittiham ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam