Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Rusiya-Azərbaycan sərhədinin dağlıq ərazilərində -nişanlar quraşdırılacaq

Rusiya-Azərbaycan sərhədinin dağlıq ərazilərində nişanlar quraşdırılacaq

Xarici İşlər Nazirliyində Azərbaycanla Rusiya arasında dövlət sərhədlərinin demarkasiyası üzrə Birgə Komissiyanın yeddinci iclası keçirilib.

Yenixeber.org:  İclasda 3 sentyabr 2010-cu ildə imzalanmış Azərbaycan və Rusiya arasında dövlət sərhədi haqqında müqaviləyə uyğun olaraq, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Görüş əsnasında tərəflər dövlət sərhəd xəttinin yüksək dağlıq ərazilərdəki hissəsində sərhəd nişanları ilə işarələnməsi üzrə iş planını qəbul ediblər.

İclasın nəticələrini əks etdirən protokola uyğun olaraq, Birgə Komissiyanın işçi qrupu tərəfindən bu ilin iyul-oktyabrında yüksək dağlıq ərazilərdə sərhəd nişanlarının yeri müəyyən ediləcək və həmin nişanlar quraşdırılacaq, eləcə də dövlət sərhəd xəttinin meşə hissəsində, körpü və sərhəd-buraxılış məntəqələrində müvafiq demarkasiya işləri aparılacaq.

Birgə Komissiyanın növbəti iclasının Rusiya ərazisində keçirilməsi nəzərdə tutulur. İclasın keçirilmə tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam