Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bolqarıstanın XİN başçısı: "Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına..."

 

“Ən vacib məsələləri – iqtisadi, sosial əməkdaşlıq məsələlərini yerinə yetirmək üçün, eyni zamanda regionda infrastruktur layihələrinin gerçəkləşdirilməsi üçün təhlükəsizliyə töhfə vermək lazımdır”.

Yenixeber.org:  Bu, Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasına Bolqarıstan Baş nazirinin müavini və Xarici İşlər naziri Yekaterina Zaxaryevanın ünvanladığı təbrik məktubunda bildirilir.

Y.Zaxayeva Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi layiqincə yerinə yetirdiyini vurğulayıb: “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasında parlamentlərarası əlaqələrimizlə regionda əməkdaşlığımızı artıra bildik. Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclası bu baxımdan mühüm və aktual məsələlərlə bağlı fikir mübadiləsinin aparılmasında böyük imkan yaradacaq”.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyin Bolqarıstana keçəcəyini vurğulayan Y.Zaxaryeva qeyd edib ki, Bolqarıstan bu işləri görməyə, çağırışlara cavab verməyə hazırdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam