Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ABŞ səfirindən Elçibəyin ailəsinə məktub

 

ABŞ səfirindən Elçibəyin ailəsinə məktub

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Azərbaycanın keçmiş Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın vəfatı ilə əlaqədar başsağlığı verib.

Yenixeber.org: Ə.Elçibəyin övladları - Çilənay Səmədbəyli və Ərturqut Əliyevin adına göndərilən məktubda deyilir: 

“Ananızın vəfatı barədə xəbər məni dərindən kədərləndirdi. Bilirəm ki, bu, çox ağır bir itkidir. İcazə verin, öz adımdan və ABŞ səfirliyi adından Sizə və ailənizə bu çətin zamanda dərin hüznlə başsağlığı verim. Düşüncələrimiz və dualarımız sizinlədir. 

Allah rəhmət eləsin!”.

Ə.Elçibəyin övladları başsağlığına görə ABŞ səfirinə təşəkkür ediblər. 

Qeyd edək ki, Azərbaycanın ikinci Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyədə vəfat edib. O, 67 yaşında dünyasını dəyişib. Mərhum doğma kəndi olan Naxçıvanın Ordubad rayonunun Kələki kəndində dəfn olunub.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam