Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Bakıya yeni hərbi prokuror təyin edilib- Zakir Qaralov əmr imzalayıb

Bakıya yeni hərbi prokuror təyin edilib.

Yenixeber.org: Bu barədə Baş prokuror Zakir Qaralov əmr imzalayıb.

Ədliyyə polkovniki Rzayev İlyas Ramiz oğlu Azərbaycan Respublikası Baş prokurorunun 03.07.2019-cu il tarixli əmri ilə Bakı hərbi prokuroru vəzifəsinə təyin olunub, bundan əvvəl o, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsində qulluq keçib.

Faktı Respublika hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev  təsdiq edib.

Xatırladaq ki, iyunun 21-də keçmiş Bakı hərbi prokuroru ədliyyə polkovniki Əhmədov İmran Ələsgər oğlu Baş prokurorun əmri ilə Lənkəran hərbi prokuroru vəzifəsinə təyin olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam