Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

DAXİLİ İŞLƏR NAZİRİNDƏN SENSASİON TƏYİNAT – “BANDOTDEL”Ə BDU-nun MÜƏLLİMİ RƏİS GƏTİRİLDİ!

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub.

Yenixeber.org: Yeni nazir, general-polkovnik Vilayət Eyvazovun əmriylə el arasında “Bandotdel” kimi məşhurlaşan BMCMİ-yə Nəsimi rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev təyin edilib.

Xatırladaq ki, Əbülfət Rzayev 1968-ci il avqust ayının 11-də anadan olub. Ali pedaqoji və ali hüquq təhsilinə malikdir, polis sistemində ən savadlı kadrlardan biri kimi qəbul olunur, uzun müddət BDU-nun hüquq fakültəsində “Konstitusiya hüququ” və “İnzibati hüquq” fənlərindən dərs deyib.

1995-ci ildən həm də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi sistemində xidmət edir.

Polis sistemində xidmətə Ukraynada adi milis nəfərliyindən başlayan Əbülfət Rzayev 1995-ci ildən Azərbaycanda Ordubad ŞPİ-də sahə müvəkkili, Qaradağda əməliyyat müvəkkili, Nəsimi rayonunda Cinayət Axtarış Şöbəində baş əməliyyat müvəkkili, Bakı şəhər Baş Polis İdrəsinin Cinayət-Axtarış İdarəsində əməliyyat müvəkkili, Xətai RPİ-də Cinayət Axtarış Şöbəsinin rəisi, Xətai RPİ-nin 37-ci Polis Bölməsinin rəisi, Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, Şəki RPİ-nin rəisi, sonuncu təyinatına qədərsə Nəsimi RPİ-nin rəisi vəzifələrində işləyib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam