Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ordumuza 60 milyon manat

 

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna yanvar ayının 1-dək yığılan vəsaitin həcmi açıqlanıb.

"Xeberinfo.com":  Müdafiə Nazirliyinə istinadən məlumata görə, yanvar ayının 1-dək 60 milyon 603 min 102 manat, 211 min 791 ABŞ dolları və 593 avro vəsait yığılıb.

Xatırladaq ki, dekabr ayının 1-dək bu vəsait 59 milyon 196 min 80 manat, 211 min 791 ABŞ dolları və 593 avro təşkil edib. 

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədi ilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam