Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Narkomanlığa qarşı mübarizə məqsədilə “Qaynar xətt” yaradılacaq

Azərbaycanda narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün “Qaynar xətt” yaradılacaq.

Yenixeber.org: Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planında qeyd olunub ki, bu il narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti nazirlik, komitə və təşkilatlarla, operativ qaydada əlaqələndirməni təmin etmək üçün “Qaynar xətt” rabitə əlaqəsinin yaradılacaq. Prosesi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu birgə həyata keçirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam