Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ağdamın işğalının 26-cı ildönümü ilə əlaqədar - anım tədbiri keçirilib

Ağdamda rayonun işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Yenixeber.org:  Tədbir iştirakçıları rayonun İmamqulubəyli kəndində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksini ziyarət ediblər. Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, ön xətdə xidmət aparan əsgər və zabit heyəti, rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də ermənilər tərəfindən işğal olunub. İşğal zamanı rayonda gedən döyüşlərdə 6000 nəfərədək insan şəhid olub. Beləliklə də Ağdam rayonunun 1 şəhər 124 kəndindən 1 şəhər 80 kəndi, 38 kolxoz-sovxozundan 26-ı, 129 səhiyyə obyektindən 105-i ,108 məktəb binasından 74-ü, 271 mədəniyyət evi klubdan 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 16 sənaye müəssisəsi, 17 məsciddən 14-ü ermənilər tərəfindən işğal edildikdən sonra talan olunub. Nəticədə Ağdam rayonuna 17 milyard manata yaxın maddi ziyan dəyib.

 

Hazırda rayonun 140 min nəfərdən çox əhalisi respublikanın 60-dan çox şəhər və rayonunda məcburi köçkün həyatı yaşayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam