Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Hərbi hissələrin yoxlanılması -davam edir

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissələri yoxlamaq məqsədilə cəbhəboyu zonada səfərdədir.

Yenixeber.org:  Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə nazirinə əməliyyat şəraiti barədə məruzə edilib. Sonra general-polkovnik Z. Həsənov bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayıb, düşmənin ön mövqelərini müşahidə edib.

Düşmənlə təmas xəttindəki vəziyyəti qiymətləndirən nazir Ali Baş Komandanın tapşırıqlarını və qarşıda duran vəzifələri şəxsi heyətə çatdırıb.

Müdafiə naziri bölmələrin döyüş qabiliyyətini, maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.
Sonda nazir çay süfrəsi arxasında şəxsi heyətlə söhbət aparıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam