Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Xəzərdə qəzaya uğrayan təyyarə pilotunun qohumu: "Hələ də inana bilmirəm..."

İyulun 24-də Xəzər dənizində qəzaya uğrayan Azərbaycanın hərbi təyyarəsinin pilotu Rəşad Atakişiyev politoloq Qabil Hüseynlinin kürəkənidir.

Yenixeber.org: Bu barədə  Q.Hüseynli məlumat verib. 

Q.Hüseynli qeyd edib ki, R.Atakişiyev peşəkar pilotdur: “Hələ də inana bilmirəm ki, onun başına bu cür iş gəlib...”

O bildirib ki, pilotun axtarışı yüksək peşəkarlıqla aparılır.

Qeyd edək ki, 34 yaşlı R.Atakişiyevin iki oğlan övladı var. 

Xatırladaq ki, İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam