Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Pentaqon orta mənzilli raketləri Asiya regionunda yerləşdirəcək- Açıqlama

 ABŞ-ın yeni Müdafiə naziri Mark Esper Pentaqonun yerüstü orta mənzilli raketlərin Asiya regionunda yerləşdirilməsi planını dəstəklədiyini bəyan edib.

Yenixeber.org: O, bu bəyanatı özünün Asiya ölkələrinə ilk səfəri zamanı verib. Azərtac CNN telekanalının saytına istinadla xəbər verir ki, nazir ABŞ-ın Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilədən çıxmasından sonra atacağı addımlarla bağlı jurnalistlərin suallarını cavablandırıb. O deyib ki, Vaşinqton bu prosesin tezliklə başa çatmasını istəyir. Onun sözlərinə görə, həmin raketlərin bir-iki ay ərzində yerləşdirilməsi daha yaxşı olardı, amma bu cür işlər daha çox vaxt aparır. ABŞ Prezidenti Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilədən çıxması qərarını Rusiyanın 9М729 qanadlı raketlərinin bu razılaşmanı pozması ilə əlaqələndirib. Vaşinqton və NATO hesab edirlər ki, həmin raketlərin parametrləri müqaviləyə uyğun gəlmir. Moskva isə bu ittihamlarla razılaşmayıb və əks iddialar irəli sürüb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam