Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Təhsil Nazirliyi və TQDK-ya tapşırıq

 

Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların təhsilində elektron təhsil texnologiyaları tətbiq ediləcək.
"Xeberinfo.com":  Məlumata görə,  bu, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət  Proqramında öz əksini tapıb.
Bununla bağlı Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri işlər görəcək.
Test imtahanlarının standartlara uyğunlaşdırılması, xüsusi qabiliyyət tələb edən imtahanlar zamanı hazırlıq işlərinin təşkili də nəzərdə tutulub. Bu işlərin icrası isə Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tapşırılıb.
 
Bundan başqa, brayl əlifbasını, alternativ şriftləri, surdo tərcüməni bilən peşəkar kadrlar hazırlanacaq və təhsil müəssisələrinə cəlb ediləcək. Fərdi tələbatı nəzərə almaqla və metodiki vəsaitlərlə təmin etməklə effektiv tədris yüngülləşdiriləcək, əlilliyi olan şəxslərin elmi və sosial inkişafı üçün müvafiq dəstək göstəriləcək.
Bu işləri isə Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri həyata keçirəcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam