Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ERMƏNİSTANA GEDƏN QAZ XƏTTİ VƏ STANSİYA SƏRHƏDÇİLƏRİMİZİN NƏZARƏTİNƏ KEÇDİ –FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sər­həd di­vi­zi­ya­sının yeni müdafiə mövqelərinə qalxması nəticəsində, sərhədçilərimiz təkcə min hektarlarla ərazilərə deyil, həm də Gürcüstandan Ermənistana ge­dən qaz kəmərinə və yaxınlıqdakı qaz stansiyasına da nəzarət imkanı əldə ediblər.

Yenixeber.org:  Bu haqda məlumatı “AzeriDefence” saytının baş redaktoru Rəşad Süleymanov yayıb.

Artıq sərhədçilərimizin döyüş mövqelərinin atəş xətti altında olan qaz stansiyasının fotosunu da yayan R.Süleymanov bildirib ki, Babakər dağında yeni postların qurulmasından sonra Qazax rayonu istiqamətində üstünlük Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarına keçib.

Xatırladaq ki, avqustun 13-də Qazax istiqamətində ermənilərin təxribatlarını önləmək üçün DSX tərəfindən mövqelərin önə çəkilməsi və bəzi yüksəkliklərdə yeni mövqelərin tutulması ilə bağlı yayılan xəbərdən sonra, avqustun 14-dən başlayaraq, Ermənistan Ordusunun yüksəkrütbəli zabitləri əraziyə göndərilib. Onlar ön mövqelərdə baş verən uğursuzluğun şəxsi heyətdə və sərhədyanı kəndlərin əhalisində yaratdığı psixoloji təsiri aradan qaldırmağa çalışırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam