Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiyanın 250 turizm şirkəti üçün - Azərbaycan turizminin təqdimatı keçirilib

 

Azərbaycan Turizm Bürosu Rusiyanın Yekaterinburq, Moskva və Kazan şəhərlərində silsilə təqdimatlar keçirib.

Yenixeber.org:  Bürodan verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 3 hotel və 7 turizm şirkətinin nümayəndələrinin qatıldığı təqdimatlarda Rusiyanın 250-ə yaxın turizm şirkəti iştirak edib.

Silsilə təqdimatlar zamanı iştirakçılara Azərbaycanın turizm potensialı, yeni marşrutlar, şərab turları, müalicəvi turlar və hotellər barədə ətraflı məlumatlar verilib.

Tədbir çərçivəsində Rusiyadan olan, müxtəlif turizm istiqamətləri üzrə ixtisaslaşmış şirkət nümayəndələri ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilib.

İkitərəfli görüşlər zamanı mümkün əməkdaşlıq imkanları qiymətləndirilib və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2018-ci ilin dekabrından etibarən Moskvada Azərbaycanın rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam