Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

AzTV-dən -İlham Əliyevə təşəkkür məktubu

 
"Azərbaycan Televiziyası və Radio Verilişləri" QSC-nin rəhbərliyi Prezident İlham Əliyevə təşəkkür edib.
Yenixeber.org:  Telekanal rəhbərliyinin təşəkkür məktubunda deyilir:
"Ana televiziyamız olan Azərbaycan Televiziyası və Radio Verilişləri (AzTV) QSC heç şübhəsiz ki, ölkənin informasiya məkanının flaqmanı, aparıcı qüvvəsi, beynəlxalq arenada əsas təbliğat ruporumuzdur. Zəngin tarixi olan və milli teleməkanın akademiyası sayılan Azərbaycan Televiziyasının inkişafı istiqamətində atılan hər bir addım geniş ictimaiyyət tərəfindən böyük maraqla izlənilir. Bu baxımdan biz də, AzTV ailəsi olaraq yeni inkişaf mərhələsinə qədəm qoymuşuq. Bu yolda bizə dəstək olan isə Prezidentimiz, Dövlətimiz və Xalqımızdır.
Prezident İlham Əliyevin dəstəyi, inam və etimadı bizə bu şərəfli yolda böyük güc, böyük stimul verir.
Cənab Prezident, bu inam və etimada görə Sizə hədsiz təşəkkürümüzü bildirir və Azərbaycan dövlətinin qazandığı böyük siyasi, sosial və iqtisadi uğurların təbliğində Azərbaycan Televiziyası və Radiosunun bundan sonra da yüksək əzmkarlıq və peşəkarlıqla çalışacağına bütün kollektivimiz adından söz veririk.
Fürsətdən istifadə edib doğma kanalımızın uğurlarına sevinən və Cənab Prezidentin sərəncamına görə bizi təbrik edən hər kəsə təşəkkür edirik!"
Xatırrladaq ki, dünən prezident İlham Əliyevin sərəncamı ilə Rövşən Məmmədov AzTV-nin sədri təyin edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam