Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İndiyədək-Aşura ilə bağlı 518 nəfər qan verib

Bakının 8 rayonu üzrə xəstəxana və məscidlərdə keçirilən qanvermə aksiyalarında iştirak edənlərin sayı açıqlanıb.

Yenixeber.org:   Səhiyyə Nazirliyindən verilən məlumata görə, saat 09:00-a olan məlumata əsasən 518 nəfər könüllü olaraq qan verib. Həmin şəxslərdən 233 litr qan tədarük olunub.

Qeyd edək ki, Məhərrəm ayının onuncu, Aşura günü ilə əlaqədar olaraq respublikanın 28 şəhər rayon üzrə 32 yerdə qanvermə aksiyası keçirilir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Xatırladaq ki, Hicri təqvimi ilə Məhərrəm ayı sentyabrın 1-də başlayıb. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində əhali toy mərasimləri keçirmir. Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam