Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Merkel Netanyahuya qarşı çıxdı:“Dəstəkləmirik”

Merkel Netanyahuya qarşı çıxdı: “Dəstəkləmirik”
Almaniya İsrailin Baş naziri Benyamin Netanyahunun sentyabrın 17-də seçkidə qalib gələcəyi təqdirdə İordan çayının qərb sahilinin bir hissəsinin ilhaq ediləcəyi ilə bağlı açıqlamalarını dəstəkləmir.
Yenixeber.org:  Bu barədə Almaniya kansleri Angela Merkel Berlində İordaniya kralı II Abdullahla birgə keçirilən mətbuat konfransında deyib.

"Fələstin-İsrail münaqişəsinin iki dövlətin mövqeyinə uyğun həll edilməsinin tərəfdarıyıq",- deyən Merkelin sözlərinə görə, istənilən ilhaq həll prosesini ağırlaşdırır. Buna görə də Almaniya belə çağırışlarla razı deyil.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahunun Knesset seçkilərindən və yeni hökumət təşkil etdikdən sonra İsrail hakimiyyətini və suverenliyini İordan çayının üzərində və Ölü dənizin şimalında təmin etməsi ilə bağlı açıqlaması Fələstin-İsrail münasibətlərində vəziyyətin daha da kəskinləşməsinə səbəb olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam