Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Sərhəddə atışma: ölən və yaralananlar var –Tacikistan Qırğızıstana nota verdi

Tacikistanın Xarici İşlər Nazirliyi Qırğızıstanla sərhəddəki son münaqişə ilə əlaqədar bu ölkənin Düşənbədəki müvəqqəti işlər vəkilinə nota verib.

Yenixeber.org: Notada sərhəddəki münaqişədə Qırğızıstan tərəfi günahlandırılır, odlu silahdan məhz birinci qırğız hərbçilərinin atəş açdığı bildirilir. Qeyd olunur ki, bunun da nəticəsində üç tacik hərbçisi həlak olub, beş adam yaralanıb.

Həmçinin Tacikistan Qırğızıstan tərəfini sərhəddə təxribat törətməkdə günahlandırır. Bildirilir ki, bu ölkə sərhədə 250-300 hərbçi toplayıb və odlu silahdan atəş açan da onlar olub.

Xatırladırıq ki, Qırğızıstan-Tacikistan sərhədi müntəzəm olaraq yerli əhali və sərhədçilər arasında münaqişə zonasına çevrilir. Bunun da səbəbi ölkələr arasında bu zonada sərhədlərin delimitasiya edilməməsidir.(azertac)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam