Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Putin Bakıda çempion olan gimnastları təbrik etdi

 

Rusiya prezidenti Vladimir Putin Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionat;nda qızıl medal qazanan Dina Averina və Yekaterina Seleznyovanı təbrik edib.

Yenixeber.org: Rusiya yığmasının üzvləri müvafiq olaraq, top və halqa ilə hərəkətlərdə çempion olublar. Averina 9-cu dəfə bu uğura imza atıbsa, Seleznyova ilk dəfə mundialda qalib gəlib.

Rusiya komandası hazırda 2 qızıl, 1 gümüş və 1 bürünclə medal sıralamasında birinci yerdədir.

Qeyd edək ki, sentyabrın 16-da start götürən dünya çempionatına ayın 22-də yekun vurulacaq. Sayca 37-ci mundial Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Olimpiadaya 98 vəsiqədən 41-i məhz Milli Gimnastika Arenasında sahibini tapacaq. Çoxnövçülükdə eyni ölkədən ikidən artıq olmamaqla ilk 16 yeri tutacaq gimnastlar lisenziya qazanacaqlar. Qrup hərəkətlərində isə ilk “beşlik” olimpiadaya vəsiqə əldə edəcək. Ötənilki dünya çempionatında mükafat qazanan Rusiya, İtaliya və Bolqarıstan artıq Tokio-2020-yə düşdüyündən 6-8-ci yerlər də Oyunlara lisenziya şansı əldə edə biləcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam