Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ermənistanda - ekologiya nazirinin istefası tələb olunur

Ermənistanın kurort şəhəri olan Cermuxda yerli sakinlər etiraz aksiyaları keçirirlər.

Yenixeber.org: Amulsar qızıl mədəninin istismarına etiraz edən vətəndaşlar yenidən küçələrə axışıblar. Onların arasında məktəbli və yeniyetmələr də var.

"Biz ölkəmizin sahibiyik!", "Amulsar ancaq dağdır!", "Amulsar mədənsız qalıb!" kimi şüarlar səsləndirən nümayişçilər etiraz aksiyalarını Yerevanda davam etdirməyi planlaşdırırlar.

Qnedevaz kəndinin sakinləri də aksiyaya qoşulublar. Onlar bildirirlər ki, hökumət problemi həll etməyənədək aksiyanı dayandırmayacaqlar.

Ekoloqlar və yerli sakinlər mədənin istismarının bölgənin ekologiyasına mənfi təsir göstərəcəyindən qorxurlar. Vətəndaşlar hesab edirlər ki, problemlə bağlı Baş nazirə yanlış məlumat verilib. Bu səbəbdən ekologiya nazirinin istefası tələb olunub.

Paşinyan isə bundan əvvəl bildirmişdi ki, hazırda Amulsar yatağına qadağa qoymaq üçün heç bir qanuni əsas yoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam