Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Prezident xüsusi nümayəndə ilə görüşdü

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

"Xeberinfo.com":  Məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər geniş müzakirə olundu. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan münaqişənin tez bir zamanda sülh yolu ilə nizamlanmasında maraqlıdır və ölkəmiz beynəlxalq birlik tərəfindən tanınan ərazilərimizin işğaldan azad edilməsi istiqamətində irəliləyişə nail olunması üçün səylərini əsirgəmir. Bu prosesdə Ermənistanın da konstruktiv mövqe nümayiş etdirməsinin vacibliyini qeyd edən dövlətimizin başçısı bu vəziyyətin uzun zaman davam etdirilməsinin yolverilməz olduğunu bildirdi. Prezident İlham Əliyev münaqişənin ədalətli həlli istiqamətində Minsk qrupunun həmsədrlərinin, həmçinin beynəlxalq təşkilatların, o cümlədən Avropa İttifaqının və onun müxtəlif qurumlarının daha fəal addımlar atmasının vacibliyini vurğuladı.

Daha sonra görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam