Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

Lukaşenko:"Belarus Donbasda sülhməramlı qüvvələrini yerləşdirməyə hazırdır"

Belarus Donbasda sülhməramlı qüvvələrini yerləşdirməyə və tərəflərin razılığı olarsa, Ukrayna-Rusiya sərhədini nəzarətə götürməyə hazırdır.

Yenixeber.org:  Bu barədə ukraynalı jurnalistlərə müsahibəsində Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

A.Lukaşenko qeyd edib ki, Belarus nəzarətsiz sərhəd zonlarında baş verənlərdən narahatdır, ona görə də öz köməyini təklif edir. Belarus, həmçinin Donbasda infrastrukturun bərpasında, humanitar yardımların göstərilməsində iştirak edə bilər.

Prezident vurğulayıb ki, “vahid və bölünməz” Ukrayna mövqeyini dəstəkləyir və Donbasda münaqişənin həlli üçün konkret hərəkətlərə keçmək lazımdır. Belə ki, bu illər ərzində regionda vəziyyət ciddi surətdə dəyişib.

Ukraynanın cənub-şərqində Rusiyameylli qüvvələrlə Ukrayna ordusu arasında müharibə 2014-cü ilin aprel ayından bəri davam edir. Donbasla yanaşı, Donetsk və Luqansk vilayətləri də Kiyevin nəzarətindən çıxıb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam