Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Azərbaycanla Ermənistan arasında gərginliyin azalması müsbət haldır” –ATƏT-in Baş katibi

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində ATƏT-in Baş katibi Tomas Qremingerlə görüşüb.

Yenixeber.org: Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunub.

“Baş katibin xahişi ilə Ermənistan Xarici İşlər naziri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinin hazırkı vəziyyəti, xüsusən də ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Nyu-Yorkda keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşü barədə T. Qremingerə məlumat verib. Tərəflər son aylarda gərginliyin nisbi azalmasını müsbət qiymətləndiriblər. Etibar atmosferini formalaşdırmaq üçün ardıcıl tədbirlərin görülməsinin vacibliyi, keçmişdə əldə olunmuş razılaşmaların həyata keçirilməsi vurğulanıb”, – deyə Ermənistan XİN-in məlumatında bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam