Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Əfqanıstan -prezidenti və baş naziri səs verib

Bu gün Əfqanıstanda keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Məhəmməd Əşrəf Qəni və baş nazir Abdullah Abdullah da səs veriblər.

Yenixeber.org:  Ölkə prezidenti səsvermə hüququndan Kabildəki prezident iqamətgahının yaxınlığındakı məktəbdə yerləşən məntəqədə istifadə edib. 

Əfqanıstanın dövlət başçısı jurnalistlərə açıqlamasında səsvermə məntəqələrinə gələn bütün vətəndaşlara, habelə onların təhlükəsizliyi üçün çalışan güc qurumları əməkdaşlarına təşəkkür edib. O həmçinin seçkilərin keçirilməsində beynəlxalq tərəfdaşların dəstəyini də yüksək qiymətləndirib.

Baş nazir isə rəsmi şəxsləri səsvermə prosesinə müdaxilə etməməyə çağırıb.

Qeyd edək ki, “Taliban” hərəkatının seçkilərə yol verməyəcəyi barədə bəyanatını nəzərə alaraq səsvermə məntəqələrində ciddi təhlükəsizlik tədbirləri görülüb. Bir qədər əvvəl ölkənin cənubundakı Qəndəhar şəhərində səsvermə məntəqəsinin qarşısında baş verən partlayış zamanı 15 nəfər xəsarət alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam