Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Qazaxıstan -Azərbaycana yeni səfir təyin edib

Qazaxıstan Azərbaycana yeni səfir təyin edib


Qazaxıstan Azərbaycana yeni səfir təyin edib.

Yenixeber.org: Qazaxıstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin fərmanına əsasən, Abdıkerimov Serjan Oralbayeviç Qazaxıstanın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunub.

Müvafiq qərarla, o Qazaxıstanın Çexiya və Slovakiyadakı səfiri vəzifəsindən azad olunub.

S. Abdıkerimov 1993-1998-ci illərdə Abay adına Almatı Dövlət Universitetində təhsil alıb. Diplomatik fəaliyyətini 1998-ci ildə Üçüncü departamentin Avropa və Amerika idarəsinin referenti qismində başlayıb. Bundan öncə o, Qazaxıstanın Cənubi Koreya, Avstriya, Böyük Britaniyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb, ölkəsinin Bolqarıstandakı müvəqqəti işlər vəkili vəzifəsini icra edib. Ailəlidir, rus və ingilis dillərində sərbəst danışır. Qazaxıstanın “Kurmet” ordeni, Ukraynanın “Zəhmət və Şücaət” medalı və Qazaxıstanın bir neçə hökumət və yubiley medalları ilə təltif edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam