Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Ərdoğan:Türkiyə yaxın günlərdə Suriyada əməliyyatlara başlaya bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Suriyada təhlükəsizlik zonasının qurulması üzrə əməliyyatların başlayacağını istisna etməyib.

Yenixeber.org: Türkiyə prezidenti bu bəyanatı Ankarada çıxışı zamanı səsləndirib.

“Suriyada təhlükəsizlik zonasının yaradılması suriyalıların vətənlərinə qaytarılması üçün ən rasional vasitədir. Biz müstəqil hərəkət etmək qərarına gəlmişik və ola bilsin bu gün, ola bilsin sabah bu əməliyyatı həm yerdən, həm də havadan aparacağıq”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

O, həmçinin Türkiyə Silahlı Qüvvələrinin Suriyada əməliyyat keçirməyə hazır olduğunu bir daha vurğulayıb.

Bir neçə gün əvvəl Türkiyə prezidenti indiyədək lazımi nəticə əldə olunmadığı və gözləməyə vaxt qalmadığı üçün Ankaranın Suriyada Fərat çayının şərqində təhlükəsizlik zonasının yaradılması məsələsində müstəqil fəaliyyət göstərmək niyyətində olduğunu demişdi.

Suriyada bufer zonası barədə müzakirələr hələ 2013-cü ildən başlayıb. O zaman həmin bölgədə qaçqınların sığına biləcəyi təhlükəsizlik zonaları yaradılmasının müxtəlif variantları nəzərdən keçirilirdi. Həmin vaxtdan etibarən Ankara dəfələrlə bu məsələyə yenidən qayıtsa da, hər dəfə bir sıra səbəblərə görə planları reallaşdırmaq mümkün olmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam