Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Minskdə -Rusiyaya mümkün inteqrasiyaya etiraz edirlər

Minskdə Rusiyaya mümkün inteqrasiyaya etiraz edirlər


Minskin Azadlıq Meydanında onlarla adam ölkənin Rusiyaya mümkün inteqrasiyasına etiraz aksiyasına çıxıb.


Yenixeber.org: Oktyabrın 6-da keçirilmiş etirazı müxalif siyasətçi, prezidentliyə keçmiş namizəd Mikalay Statkevich təşkil edib. Aksiyada daha bir məqsəd isə gələnaykı parlament seçkisi üçün imza toplamaq olub.

Prezident Alyaksandr Lukashenka-nı nəzərdə tutan müxalifət lideri sual edib ki, “bu adamın ölkəmizi, dövlətimizi satmağa hüququ çatırmı?”

Son həftələrdə ölkəboyu digər aksiyalar kimi bu yürüş də “müstəqillik uğrunda hərəkət” şüarı altına keçirilib.

İlk dəfə sentyabrın 16-da “Kommersant” qəzeti Belarusla Rusiyanın dekabrda gələcək “inteqrasiya planı” imzalamağı planlaşdırdıqlarını yazıb. Digər media orqanlarının da yer verdiyi bu məsələ Minsklə Moskvanın daha da yaxınlaşması sarıdan narahatlığı gücləndirib.

Medianın yazmasına görə, Kremlin lideri Vladimir Putin Lukashenka ilə birlikdə dekabrın 8-də bir sıra ikitərəfli öhdəlikləri qəbul edə bilər. Həmin gün iki ölkənin Birlik Sazişinin 20 ili tamam olur.

Ancaq Lukashenka Rusiyayla inteqrasiyanı dərinləşdirməyə elə də can atmır, Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını tutandan bəri daha ehtiyatlı davranır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam