Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Avropa İttifaqının - xarici siyasətinin əsas istiqamətləri açıqlanıb

Avropa İttifaqı (Aİ) Rusiya davranışını dəyişdirənədək bu ölkəyə qarşı məhdudlaşdırıcı tədbirləri qüvvədə saxlamalıdır.

Yenixeber.org: Bu barədə noyabrın 1-dən vəzifəsinin icrasına başlayacaq Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Avropa Parlamentinin iclasındakı nitqi zamanı bildirib.

Diplomat ABŞ ilə münasibətləri yenidən qurmağı, habelə Ukraynanı dəstəkləməyi Aİ-nin əsas xarici siyasəti olduğunu bildirib.

“Əvvəla, Balkanların qərbindəki ölkələrdə islahatlar və inteqrasiya proseslərilə, Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməklə, cənubi sərhədlərimizdəki təhdidlərlə məşğul olacağımı, Afrika və Asiya ölkələrilə yeni əhatəli strateji əməkdaşlığı və ABŞ ilə əməkdaşlığımızı inkişaf etdirəcəyimi, trans-Atlantik münasibətlərimizi yenidən qurmağa çalışacağımı bildirməyimə icazə istəyirəm”, - deyən J.Borrel Aİ üçün başlıca məsələnin bu birliyi qoruyub saxlamaq olduğunu diqqətə çatdırıb.

Yeni vəzifədə ilk səfərinin Kosovoya olacağını açıqlayan diplomat bu bölgə ilə Serbiya arasında razılığın əldə olunmasını öncül vəzifə olaraq gördüklərini dilə gətirib.

Xatırladaq ki, Jozep Borrel Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi vəzifəsində italiyalı diplomat Federika Moqerinini əvəz edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam