Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Ukraynanı rəqiblərimizə “hədiyyə” etdik” - Lukaşenko

“Ukraynanı rəqiblərimizə “hədiyyə” etdik” - Lukaşenko
“NATO Ukraynanı ona “hədiyyə” etdiyimiz üçün təşəkkür etməlidir”.

Yenixeber.org: Bunu Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Minskdə "Avropa Təhlükəsizliyi: Uçurumun kənarından uzaqlaş" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Şərqlə Qərb hələ SSRİ zamanından, xüsusən də hərbi sahədə həmişə bir-birinə qarşı olub. Bu qarşıdurmalar isə Ukraynadakı hadisələrə səbəb olub.

"Bu gün biz Ukraynanı rəqiblərimizə sadəcə “hədiyyə” etdik. Öz əlləri ilə Ukraynanı verdilər. Buna görə amerikalılar və NATO bizə təşəkkür etməlidir”.

Lukaşenko hesab edir ki, Ukraynadakı münaqişələri həll etmək mümkündür: “Ukraynanın diaqnozu qoyulub. Hansısa bir xəstəliyi sağaldan kimi bunun da müalicəsinə başlamaq lazımdır. Oradakı hökumət, prezident, əlbəttə ki, hər şeyə qadir deyil. Nə daxildən, nə də xaricdən ona istədiyi şeyi etməyə heç kim icazə verməz. Ancaq onun bu problemi həll etmək istədiyinə əminəm. Ukrayna hakimiyyəti ölkədəki münaqişəni necə həll edəcəyini başa düşür. Rusiya və Avropa İttifaqı, ilk mərhələdə hətta ABŞ münaqişənin həllinə, Ukraynanın bütövlüyünün və müstəqilliyinin qorunmasına kömək edərsə, problem həll ediləcək",- deyə Lukaşenko əlavə edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam